Aura Qazon

Operativ qazon mərkəzi

Bakı və bölgələrə sürətli şəkildə qazonun tədarükü,
əkini və baxılması üzrə kompleks həllər təklif edirik.

Nə üçün Aura Qazon?

  1. Azərbaycanın iqlim şəraitinə ən uyğun növlərin seçilməsi
  2. Ən yaxşı toxum seçimi
  3. Ən münbit torpaqlarda istehsal
  4. Peşəkar və təcrübəli aqronomlar
  5. Müasir aqrotexniki qulluq məhsulları
  6. Operativ komanda
  7. Sürətli çatdırılma

Xidmətlərimiz

Təbii və səpmə qazonla əlaqədar xidmətlərimiz aşağıdakılarla yekunlaşmır, yaşıllaşdırma, qazon, bağçılıqla bağlı bütün suallarınızla əlaqədar bir başa əlaqə saxlamanız faydalı olacaqdır.

Təbii Qazon

Aura Qazon yenilikləri daim izləyir və ölkənin iqlim şəraitinə uyğunlaşmış, yüksək keyfiyyətdə müxtəlif növ ərazilər üçün nəzərdə tutulmuş hazır və səpmə qazonlarımız tam üzvi materiallarla yetişdirilməkdədir.

Peşəkar Komanda

Qazon dekorativ tərtibatın əsas elementidir. Şirkətimizin landşaft dizaynerləri yerləşmə planlarını nəzərə alaraq onu müasir landşaft memarlığına uyğun olacaq şəkildə dizayn edirlər.

Müasir Avadanlıqlar

Qazon və yaşıllaşdırma işlərinin peşəkarlığı bağbanlarla birgə istifadə edilən avadanlıqlardan asılıdır. Daima müasir və yeni avadanlıqlardan istifadə etməklə, görülən işlər yüksək keyfiyyətlə yerinə yetirilir.

Operativ Çatdırılma

Aura Qazon olaraq xüsusi ilə operativ çatdırılma və əkilmə xidmətimizlə bütün rəqiblərimizi qabaqlayırıq.

Fors major hallarda belə qazon əkimində bizə güvənə bilərsiniz.

Görülmüş işlər

İndi əlaqə saxlayın!

Minimum qazon tədarükü 250 m2-dən başlayır.

Sifarişiniz haqqında bizə yaza bilər və ya telefonla əlaqə saxlaya bilərsiniz.

SƏRGİ MƏRKƏZİ

Şirkətin Bakı şəhərində geniş çeşiddə yaşıllaşdırma məhsulları və bitkilərinin olduğu sərgi mərkəzi fəaliyyət göstərir.

Haqqımızda

Aura Qazon sifariş saytı - Azərbaycanda landşaft xidmətləri fəaliyyəti ilə məşğul olan
Aura Yaşıllıq Aləmi MMC-yə məxsus xidmət növüdür.
Şirkət yaşıllaşdırma üzrə kompleks həllər təklif edir.

Bitkilərin sifarişi

Ölkənin bir çox bölgələrindən bitkilərin tədarüküylə yanaşı beynəlxalq birjalardan da müxtəlif bitkiləri Aura Yaşıllıq Aləmi şirkəti vasitəsilə əldə edə bilərsiniz!

Periodik qulluq xidməti

Yüksək təcrübəyə malik aqronom və bağbanlarımızın yaşıllıq ərazilərinizə daimi qulluq xidmətini şirkətimiz vasitəsilə əldə edə bilərsiniz!

PageXL icon
Designed with pagexl. Create a landing page, a web page or an online store easily and free of charge. Learn more 
Close
Your browser is out of date!

Update your browser to view this website correctly. Update my browser now

×